AÇARSÖZLƏR
Şəbəkə
Server
Müştəri
Lokal şəbəkə
Qlobal şəbəkə
Topologiya
Təkcə ayrı-ayrı otaqlarda olan kompüterləri deyil, fərqli
binalarda, müxtəlif şəhərlərdə, hətta dünyanın ayrı-ayrı
yerlərində yerləşən kompüterləri də birləşdirmək üçün şəbək
ələrdən istifadə edilir. Buna görə də, insanlar harada
olmalarından asılı olmayaraq, bir-biri ilə məlumat mübadiləsi
etməklə səmərəli işləyə bilirlər.
İnsanların əksəriyyəti şəbəkə dedikdə kifayət qədər qarışıq bir
şey təsəvvür edir. Əslində, kompüter şəbəkəsi bir-biri
ilə əlaqəsi olan iki və daha çox kompüterdən ibarət qrupdur. Bu
kompüterlər arasında əlaqə çox sadədir: A kompüteri
B kompüterinə məlumat göndərirsə, B kompüteri də
A kompüterinə cavab göndərə bilər.
Hətta bir neçə kompüterdən ibarət şəbəkələrdə bir kompüter əsas
ola bilər. Şəbəkədəki qalan kompüterlər
server (qulluqçu) adlandırılan həmin başlıca kompüterə
birləşdirilir. Serverə birləşdirilmiş adi kompüterlər
müştəri adlandırılır. Şəbəkənin miqyasından asılı olaraq,
orada bir deyil, bir neçə server ola bilər.
Şəbəkənin müxtəlif növləri mövcuddur, ancaq onların içərisində
lokal şəbəkələr (LAN) və qlobal şəbəkələr (WAN) daha geniş
yayılıb. Lokal şəbəkələr, əsasən, məhdud ərazini,
qlobal şəbəkələr isə daha geniş coğrafi ərazini əhatə edir
və adətən, bir neçə lokal şəbəkənin birləşdirilməsindən əmələ
gəlir.
Lokal şəbəkənin hər bir qurğusu istənilən başqa qurğu ilə
qarşılıqlı əlaqədə ola bilir. Şəbəkədə olan qurğulara bəndlər
deyilir ki, onlar verilənləri ötürən kabellər vasitəsilə
əlaqələndirilir. Lokal şəbəkədə topologiyanın, yəni şəbəkə
qurğularının və kabel infrastrukturunun quraşdırılması sxeminin
önəmi çox böyükdür. Üç əsas topologiya daha məşhurdur:
şin, halqa, ulduz.
Lokal kompüter şəbəkələrinin əsas topologiyaları