AÇARSÖZLƏR
İnformasiya inqilabları
İnformasiya cəmiyyəti
İnformasiyalaşdırma
İnformasiyanın emalı
Giriş
Çıxış
Saxlanma
Çevrilmə
İnformasiya cəmiyyətinin daha formal tərifini isə sosioloqlar
verirlər. Bəşəriyyət öz inkişafında bir neçə mərhələdən
keçmişdir:
Hər mərhələnin adı həmin dövrdə əhalinin əksər hissəsinin nə ilə
məşğul olması ilə bağlıdır. Bu meyarlarla baxıldıqda
informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada
cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı,
saxlanılması, emalı və onun istifadəsi ilə məşğul olur.
İnformasiya cəmiyyətinə keçid müxtəlif sahələrdə informasiyanın
ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə
edilməsi ilə başlanıb. Bu proses
informasiyalaşdırma adlanır.
İnformasiyanın emalı mərhələləri. İnformasiyanın məzmununun
və ya təqdimolunma formasının dəyişdirilməsi prosesi
informasiyanın emalı adlanır.
İnformasiyanın emalı müəyyən qaydalara uyğun olaraq hər hansı
subyekt tərəfindən yerinə yetirilir. Bu subyekt
informasiyanın emalının icraçısı adlandırılır. İcraçı
insan, yaxud hansısa avtomatik qurğu ola bilər.
Emalın icraçısı ətraf mühitdən giriş informasiyası alır.
Giriş informasiyası, eləcə də müəyyən əməliyyatların nəticələri
gələcəkdə istifadə edilmək üçün yaddaşda saxlanılır. Daxil
edilmiş və saxlanmış informasiya emal olunur. Emalın
nəticəsində çıxış informasiyası alınır.
İnformasiyanın emalının əsas mərhələləri
Giriş (daxiletmə)
Çevrilmə (emal)
Çıxış
Saxlanma
Bəzən kompüterdə “informasiyanın emalı” anlayışı dar mənada
işlədilir. Belə ki, “emal” dedikdə prosessorun gördüyü iş nəzərdə
tutulur, giriş, çıxış və saxlanma isə ayrıca proseslər kimi
göstərilir.