İkinci mərhələ (XVI əsrin ortaları)
kitab çapının ixtirası ilə bağlıdır. Bu kəşf nəticəsində
insanlar informasiyanı saxlamaq, sistemləşdirmək və yaymaq üçün
yeni bir vasitə əldə etdi.
Üçüncü mərhələ (XIX əsrin sonu) elektrikin kəşfi ilə
bağlıdır. Teleqraf, telefon və radio yarandı.
Onlar informasiyanı ixtiyari həcmdə və yüksək sürətlə ötürməyə
və qəbul edib saxlamağa imkan verdi.
Dördüncü mərhələ (XX əsrin 70- ci illəri)
mikroprosessorların ixtirası və fərdi
kompüterlərin yaranması ilə başlayır. Bu yenilik
bəşəriyyətin informasiya cəmiyyətinə
keçidinə təkan verdi.
İnformasiya inqilablarına dair təqdimatın hazırlanması
1.
Dərslik və İnternetdən istifadə etməklə informasiya
inqilablarından birinə aid təqdimat hazırlayın.
2.
Təqdimatda uyğun dövrün xüsusiyyətləri, həmin dövrdə
müxtəlif informasiya proseslərinin təsviri, inqilabın
cəmiyyətin sonrakı inkişafına təsiri və başqa məsələlərə
diqqət yetirin.
3.
Təqdimata uyğun ad (məsələn, Yazının tarixi) verib öz
qovluğunuzda saxlayın.
“İnformasiya cəmiyyəti” anlayışını ilk dəfə yapon alimləri təklif
etmişlər. Onların fikrincə, bu elə cəmiyyətdir ki, orada çox böyük
həcmdə və yüksək keyfiyyətli informasiya daim dövr edir. Bu qədər
informasiyanın saxlanması, yayılması və istifadəsi üçün lazım olan
bütün vasitələr mövcuddur. İnformasiya istifadəçilərə tələb olunan
sürət və formada çatdırılır. İnformasiya xidmətlərindən istifadə
haqqı isə hər kəs üçün məqbul səviyyədədir.