24. Cəmiyyətin informasiyalaşdırılması
-
Tərcüməçi mətni bir dildən başqa dilə
çevirir.
-
Müstəntiq müəyyən dəlillərə əsaslanaraq
cinayətkarı müəyyən edir.
-
Şagird məsələ həll edir.
-
Kompüterdə hər hansı proqram
icra olunur.
-
Hər bir hadisə üçün informasiya ilə iş prosesini necə təsvir
etmək olar?
-
Bu halların hamısında hansı informasiya prosesi baş verir?
Fəaliyyət
Verilmiş hadisələr üçün giriş və çıxış informasiyasını qeyd
edin.
Hadisə |
Giriş informasiyası |
Çıxış informasiyası |
Krossvordda sözün tapılması
Həkimin xəstəyə diaqnoz qoyması
Əsərin janrının müəyyənləşdirilməsi
Üçbucağın sahəsinin tapılması
|
|
|
-
Hər bir halda çıxış informasiyasının alınması üçün yaddaşda
saxlanmış hansı informasiyadan (bilikdən) istifadə olunur?
İnsan cəmiyyətinin yarandığı ilk dövrlərdə onları adi bilik və
bacarıqlar qane edirdi. İnformasiyaya olan tələbatın artması
müxtəlif qurğuların meydana çıxmasına səbəb oldu. İnformasiyanın
emalı üçün yeni üsul və vasitələrin yaranması cəmiyyətdə ciddi
dəyişikliklərə - informasiya inqilablarına
gətirib çıxardı. Bəşəriyyətin inkişafına daha çox təsir edən bu
inqilabları, adətən, dörd mərhələyə bölürlər.
Birinci mərhələdə yazının meydana gəlməsi nəticəsində
bilikləri saxlayaraq gələcək nəsillərə ötürmək imkanı yarandı.