7.
E5 xanasını çıqqıldadın. Klaviaturadan = işarəsini daxil
edin. Sonra C5 xanasını çaqqıldadın. C5 xanasına istinadın =
işarəsindən sonra həm düstur zolağında, həm də E5 xanasında
əks olunmasına diqqət edin.
8.
Klaviaturadan * daxil edin və sonra D5 xanasını çıqqıldadın.
Həm xanada, həm də düstur zolağında =C5*D5 düsturu
görünəcək.
9.
<Enter> klavişini basın. Düsturun hesablanmasının
nəticəsi (53,75 ədədi) E5 xanasında əks olunacaq.
10.
C5 xanasını ikiqat çıqqıldadın. Südün qiymətini dəyişərək
2,25 edin, sonra <Enter> klavişini basın. E5
xanasındakı nəticənin dəyişərək 56,25 olmasına diqqət
edin.
11.
E6 xanasını seçdirin. Klaviaturadan =C6*D6 düsturunu
daxil edin və sonra <Enter> klavişini basın. E6
xanasında 13,65 nəticəsi görünəcək.
12.
Bənzər əməliyyatı E7 xanası üzərində yerinə yetirin.
13.
Malların qiymətində və ya miqdarında dəyişikliklər edib
uyğun məbləğin necə dəyişməsini izləyin.
14.
Faylayeni ad verib saxlayın.
Elektron cədvəl proqramlarında uzun-uzadı düsturları daha “yığcam”
yazmaq imkanı vardır. Məsələn, əgər A1-dən A10-dək bütün
xanalardakı ədədləri toplamaq lazımdırsa,
=A1+A2+A3+A4+A5+A6+A7+A8+A9+A10 düsturunu =SUM(A1:A10) şəklində
yazmaq daha əlverişli olur. SUM kimi funksiyalara
yerləşik funksiyalar deyilir. Elektron cədvəl
proqramlarında çoxlu belə funksiyalar vardır.
Excel proqramında hər bir yerləşik funksiyanın bənzərsiz adı olur.
Funksiyanın ümumi şəkli belədir:
Funksiyanın adı (Arqumentlər),
burada Funksiyanın adı - funksiyanın bənzərsiz adı, Arqumentlər -
funksiyanın arqumentlərinin siyahısı və ya onun giriş
verilənləridir.
Funksiyanın daxil edilməsi də “bərabərdir” işarəsi ilə başlayır.
Funksiyanın adından sonra adi mötərizələr arasında funksiyanın
arqumentləri göstərilir. Arqumentlər ədədlər, mətn, xanaların
ünvanları və başqa funksiyalardan ibarət ifadələr ola bilər. Əgər
arqumentlər bir neçədirsə, onların arasında vergül qoyulur.
Məsələn, =MIN(A1:A10,Cl:C10), =SUM(A1:A10,C1:C10) düsturlarında
MİN və SUM funksiyalarının arqumentləri və ya giriş verilənləri
A1:A10 və C1:C10 diapazonlarına istinadlardır. MİN funksiyasının
çıxış