AÇARSÖZLƏR
Kod
Kodlaşdırma
Dekodlaşdırma
Təbii dil
Formal dil
Əlifba
İnformasiyanın saxlanması və ya başqasına ötürülməsi zamanı onun
hansı formada verilməsi çox önəmlidir. Məsələn, zəif eşidən
adamın informasiyanı səs şəklində qəbul etməsi çətindir. Görmə
qabiliyyətim itirmiş insan informasiyanı əsasən eşitmək və
toxunmaqla alır.
İnformasiyanın hansı formada verilməsindən və necə
ötürülməsindən asılı olmayaraq, o, həmişə müəyyən
dil vasitəsilə təqdim olunur. Verilən informasiyanı insan
heç də həmişə qavraya bilmir. Bunun başlıca səbəbi verilən
informasiyanın dilini bilməməsidir. Bu mənada riyaziyyatın
dilini bilməyən C = 2πr, fizikanın dilini bilməyən
v = s/
t
, kimyanın dilini bilməyən NaCl yazılarını anlamayacaq.
Dillər iki qrupa ayrılır: təbii dillər və formal dillər.
Təbii dillər şifahi və ya yazılı formada olan danışıq
dilləridir. Bəzi hallarda mimika vəjestlər, xüsusi işarələr
(məsələn, yol işarələri) danışıq dilini əvəz edə bilir.
Formal dillər
insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz
əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir.
Formal dillərə nümunə olaraq musiqi dilini (not yazılarını),
riyazi dili (düsturları), proqramlaşdırma dillərini göstərmək
olar.
İstənilən dilin əsasında xüsusi sistemli simvollar (işarələr)
yığını - əlifba dayanır. Hər bir təbii, yaxud formal
dildəki söz və ifadə həmin dilin əlifbası vasitəsilə verilir.
İnformasiyanı saxlamaq, ötürmək, yaxud emal etmək üçün bir
təqdimolunma formasından daha əlverişli başqa formaya
keçirilməsinə kodlaşdırma deyilir.