=C4*D4 düsturunu daxil etmək lazımdır (bu düsturda “*” ulduz
işarəsi vurmam göstərir; başlanğıcdakı “=” işarəsi isə bunun adi
yazı deyil, düstur olduğunu bildirir). Xanaların ünvanları olan
düsturları riyazi tənliklərlə müqayisə etmək olar: orada xanaların
ünvanlarının yerinə deyişənlərdən istifadə olunur.
Düsturlarda istifadə olunan ünvanlara istinadlar deyilir.
İstinadlar elektron cədvəlin ixtiyari xanalarını əlaqələndirməyə
və cədvəl verilənlərinin lazım olan emalını həyata keçirməyə imkan
verir. Düstur daxil edildikdən sonra elektron cədvəl proqramı
həmin xanada düsturun özünü deyil, onun nəticəsini əks etdirəcək.
Ancaq xana aktivləşdirildikdə həmin xana üçün düstur ekranın
yuxarısında düstur zolağında görünür və zərurət olarsa, onu
redaktə edə bilərsiniz.
Bir xanada olan düsturu başqa xanalara da köçürmək olar. Məsələn,
E4 xanasında olan düstur E5, E6 və E7 xanalarına köçürülə bilər
ki, nəticədə başqa mallar üzrə də məbləğ hesablanmış olar. Düstur
başqa xanalara köçürüldükdə həmin düsturlar avtomatik olaraq
dəyişir. Verilmiş nümunədə siz =C4*D4 düsturunu E4 xanasından E5
xanasına köçürdükdə həmin düstur =C5*D5 şəklinə, E6 xanasına
köçürdükdə isə =C6*D6 şəklinə düşəcək.
Xanalara düsturların daxil edilməsi
1.
Cədvəl prosessorunu başladın və satışla bağlı faylı açın.
2.
E4 xanasını seçdirin. Xanadakı qiymət düstur zolağında əks
olunacaq. Həmin qiyməti seçdirib <Delete> klavişini
basın. Qiymət silinəcək və xana boşalacaq.
3.
Eyni qayda ilə E5, E6, E7 və E8 xanalarını da boşaldın.
4.
E4 xanasını seçdirin. Klaviaturadan =C4*D4 daxil
edin. Yazdığınız düsturun həm xanada, həm də düstur
zolağında görünməsinə diqqət yetirin.
5.
<Enter> klavişini basın, yaxud düstur zolağındakı
işarəsini
çıqqıldadın. Düstur dərhal hesablanacaq və nəticə (
39,9
ədədi) E4 xanasında əks olunacaq.
6.
E4 xanasını çıqqıldadın. Xananın özündə məbləğin görünməsinə
baxmayaraq, düstur zolağında onun necə hesablanması
düsturunun olmasına diqqət edin.