3.
<Tab> klavişini basın. Daxiletmə nöqtəsi üçüncü sətrin
növbəti xanasına (B3) keçəcək. Malın adı sözlərini
yazın.
4.
Eyni qayda ilə C3 xanasına Qiyməti, D3 xanasına
Miqdarı, E3 xanasına isə Məbləğ sözünü daxil
edib <Enter> klavişini basın.
5.
A3 xanasını çıqqıldadın.
işarəsi həm xanada, həm də düstur zolağında görünəcək.
Siçanın göstəricisini düstur zolağında işarəsinin
başlanğıcına aparın və siçanın sol düyməsini
çıqqıldadın.
6.
Sıra
yazın və
<Enter> klavişini basın (yaxud
yaşıl
qeyd işarəsini çıqqıldadın). Düstur zolağında və A3
xanasında dəyişiklik olacaq.
7.
Klaviaturanın aşağı ox klavişindən istifadə etməklə A4
xanasına keçin və 1 yazıb <Enter> klavişini basın.
Altdakı A5 xanası aktivləşəcək.
8.
Növbəti sıra nömrəsini yazıb <Enter> klavişini basın.
Qalan sıra nömrələrini də eyni qayda ilə daxil edin.
9.
3-cü sətri seçdirmək üçün həmin sətrin yarlığını
çıqqıldadın. Şrifti Times New Roman, ölçüsünü 12, şəklini
isə qalın edin.
10.
Cədvəlin qalan xanalarını aşağıdakı kimi doldurun.
11.
İş kitabına uyğun (məsələn, Satış cədvəli) ad
verməklə yazıb saxlayın.