Elektron cədvəl proqramı ilə tanışlıq
1.
OpenOffice.org Calc (yaxud Microsoft Office Excel) elektron
cədvəl proqramını başladın. Ekrana proqramın baş pəncərəsi
çıxacaq və boş iş kitabı açılacaq.
2.
Pəncərənin əsas hissəsi olan cədvəllə tanış olun.
3.
Siçanın göstəricisini cədvəlin hər hansı xanasına aparın və
sol düyməni çıqqıldadın. İxtiyari ədəd yazın.
4.
Kursorun idarəolunması klavişlərindən istifadə etməklə başqa
xanalara keçin. Onlara ədəd və ya söz daxil edin.
Sətirlər 1-dən başlayaraq tam ədədlər şəklində göstərilir.
Sütunlar isə latın əlifbasının hərfləri ilə verilir: öncə A-dan
Z-yədək, sonra isə AA-dan AZ-yə, BA- dan BZ-yə və s.
Xanalar diapazonu bir sətirdən, onun hissəsindən və ya bir
neçə sətirdən, bir sütundan, onun hissəsindən, yaxud bir neçə
sütundan ibarət olan, eləcə də düzbucaqlı sahə əmələ gətirən qonşu
xanalar çoxluğudur; bir xananı da diapazon hesab etmək olar.
Xananın ünvanı onun cədvəldəkı yerinə gorə müəyyən edilir və
kəsişməsində yerləşdiyi sətir və sütunun başlıqlarından ibarət
olur. Öncə sütunun başlığı, sonra isə sətrin nömrəsi yazılır,
məsələn: A3, D6, AB19. Xanalar diapazonu onu əmələ gətirən
xanaların birincisi və axırıncısının ünvanlarını göstərməklə
verilir və ünvanlar bir- birindən qoşa nöqtə (:) ilə ayrılır.
Məsələn, A4:C17.
AÇARSÖZLƏR
Elektron cədvəl
Cədvəl prosessoru
İş kitabı
İş vərəqi
Xana
Xanalar diapozonu
Aktivxana
Verilənlərin cədvəldə saxlanma yeri xanalardır. Xanaya
verilənləri daxil etmək üçün öncə həmin xananı seçdirmək
lazımdır. Seçdirilmiş xana qalın tünd çərçivəyə alınır. Xananı
seçdirmək üçün istər siçandan, istərsə də klaviaturadan
yararlanmaq olar.
Seçdirilmiş xanaya aktiv xana deyilir. Aktiv xananın adı
iş vərəqinin yuxarısında sol tərəfdə xanaya istinad sahəsində
görünür. Əgər xanalar qrupu seçdirilmişsə, ilk seçilmiş xana
aktiv xana kimi müəyyən olunur. Klaviaturadan daxil edilən
verilənlər aktiv xanaya yazılır.
İş kitabı ilə iş
2.
A3 xanasını seçdirin və klaviaturadan
işarəsini
daxil edin. Həmin simvolun xana ilə yanaşı, düstur zolağında
da əks olunmasına diqqət yetirin.