Birinci üsuldan mürəkkəb olmayan riyazi ifadələrin
yazılışında istifadə olunur. Məsələn, x
3
- 3x
2 +4x - 23 = 0 kimi riyazi
ifadəni yazmaq üçün klaviaturadakı klavişlər və mətn redaktorunun
alətlər zolağındakı
üst indeks və
ya
alt indeks
düyməsi (Microsoft Word proqramında
düymələri)
yetərli olur. Belə ki, qüvvət üstünü yazmaq üçün, sadəcə, üst
indeks düyməsini çıqqıldadıb uyğun ədədi yazmaq lazımdır.
İkinci üsul əməliyyat sisteminin standart şriftlərinin
simvollarından istifadə etməklə riyazi ifadələri yazmağa imkan
verir. Məsələn, sin(π+x) ≥
1/2
düsturunda olan, ancaq klaviaturada olmayan simvolları daxil etmək
üçün Insert menyusunun Special Characters bəndi vasitəsilə uyğun
dialoq pəncərəsini açıb həmin simvolları oradan tapmaq olar.
Ancaq adi kəsrlər, kökaltı ifadələr və başqa riyazi ifadələrin
yazılışında bu iki üsul (imkan) yetərli olmur. Məsələn, kvadrat
tənliyin köklərini hesablamaq üçün məşhur
düsturunu bu üsulların köməyi ilə yazmaq istəsəniz, bunun asan
olmadığını görəcəksiniz. Belə hallarda üçüncü üsuldan - düstur
redaktorundan istifadə etmək çox əlverişli olur. Bu üsul mətndə
istənilən mürəkkəb riyazi ifadəni yazmağa imkan verir.
AÇARSÖZLƏR
Obyekt
İnformasiya obyekti
Düstur
Düstur redaktoru
OpenOffice.org paketində riyazi düsturlarla işləmək üçün xüsusi
OpenOffice.org Math proqramı vardır. Bu proqramı ayrıca
başlatmaq, yaxud OpenOffice.org Writer proqramından çağırmaq
olar.
Düsturun yığılmasına başlamazdan öncə onun hansı riyazi əməllərdən
və funksiyalardan təşkil olunduğuna diqqət yetirilməlidir. Başqa
sözlə, düsturun quruluşunu müəyyənləşdirmək lazımdır.