ADDIM -
ADDIM - 2
Dördbucaqlı piramidanın çəkilməsi
1.
Rectangle alətindən istifadə etməklə təpələrindən biri koordinat başlanğıcında olan kvadrat çəkin.
2.
Line alətindən istifadə etməklə kvadratın diaqonallarını çəkin (başqa sözlə, onun qarşı təpələrini birləşdirin).
3.
Move alətini seçin və göstəricini diaqonalların kəsişdiyi nöqtənin üzərinə aparın. Ekrana “Endpoint” yazısı çıxacaq.
4.
Siçanın sol düyməsini çıqqıldadın.
5.
Göstəncini göy ox boyunca yuxarı hərəkət etdirin. İstədiyiniz hündürlüyə çatdıqda siçanın düyməsini buraxın.
Araşdıraq-öyrənək
Yuxarıda təsvir olunan üsuldan istifadə edərək damı olan ev çəkməyə çalışın.
Öyrəndiklərinizi yoxlayın
1.
Sizcə, təsvir olunan üsul nə üçün “çıxma üsulu” adlandırılıb? İncəsənətin hansı sahəsində bu üsuldan istifadə olunur?
2.
Push/Pull aləti nə üçün lazımdır?
3.
Dördbucaqlı piramidanın çəkilməsində hansı alətlərdən istifadə olunur?