10.
Line aləti ilə stulun ayaqları arasındakı boşluğa uyğun olaraq düzbucaqlı çəkin. Beləliklə, modelin bir üzündə gələcək stulun profili çəkilmiş olacaq.
11.
Push/Pull alətini seçin və stulun ayaqları arasında indicə çəkdiyiniz düzbucaqlını “itələyin”. Göstərici modelin arxa üzünə çatdıqda ekrana “On Face” ipucu çıxacaq.
12.
Siçanın düyməsini çıqqıldadın. Stulun oturacağının altındakı material yox olacaq.
13.
Bu qayda ilə oturacaqdan yuxarıdakı materialı da uzaqlaşdırın. Bundan sonra model artıq üçölçülü stula oxşayacaq.
14.
Kameranın yerdəyişməsi düymələrindən istifadə etməklə modeli elə döndərin ki, arxa ayaqlar görünsün.