1.
SketchUp proqramını başladın.
2.
Alətlər zolağında Rectangle alətini seçin və təpəsi
koordinat başlanğıcında olan düzbucaqlı çəkin.
3.
Status zolağındakı Measurements (Ölçülər) sahəsində
18, 18 daxil edin və <Enter> klavişini basın.
Əgər həmin sahə status zolağında yoxdursa, View ⇒
Toolbars ⇒ Measurements menyu komandası vasitəsilə onu
aktivləşdirin.
4.
Kameranın yerdəyişməsi düymələrindən (Orbit, Zoom, Pan)
istifadə etməklə düzbucaqlını elə böyüdüb yerləşdirin ki,
onunla işləmək asan olsun.
5.
Alətlər zolağında
Push/Pull
alətini seçin.
6.
Göstəricini düzbucaqlının üzərinə aparın və siçanı yuxarıya
doğru sürükləyin.
7.
Klaviaturada 4 yığın və <Enter> klavişini basın.
8.
Line
alətini seçin və yan üzün yuxarısından onun ortasınadək
şaquli düz xətt parçası çəkin.
9.
Parçanın son ucundan üzün qırağınadək üfüqi xətt çəkin.