SketchUp proqramında işləyərkən tillər və üzlərlə bağlı bir neçə
vacib fakta diqqət yetirmək lazımdır.
-
Tillər həmişə düz olur. SketchUp proqramında hətta
qövslər və dairələr də kiçik düz xətt parçalarından təşkil
olunur.
-
Tillərin qalınlığı olmur. Ekranda necə görünməsindən
asılı olmayaraq, tillərin heç bir qalınlığı olmur.
-
Tillərin görünməməsi onların yoxluğu demək deyil.
Sadəcə, onlar gizlədilir; müəyyən formalar düzəltmək üçün bu
üsuldan istifadə olunur.
-
Tillərsiz üz olmur. Üzün yaranması üçün bir müstəvi
üzərində yerləşən və qapalı kontur əmələ gətirən ən azı üç
tilin olması vacibdir. Qapalı kontur almaq üçün ən azı üç düz
xətt tələb olunduğundan üzlərin də ən azı üç tərəfi olmalıdır.
Aşağıdakı şəkildə iki üzü müəyyən edən tilin
uzaqlaşdırılmasından sonra nə alındığını görürsünüz.
-
Üzlər həmişə müstəvi şəklində olur. SketchUp-da əyri
görünən səthlər də çoxlu sayda müstəvi üzlərdən təşkil olunub.
-
Tillər kimi, üzlərin də qalınlığı olmur. Qalın səthlər
düzəltmək üçün, sadəcə, üst-üstə iki səthdən istifadə etmək
lazımdır.