Zoom düyməsi obyektivin oxu istiqamətində kameranı
yaxınlaşdırmaq və uzaqlaşdırmağa səbəb olur. Burada da
yerdəyişmə siçanla sürükləməklə bağlıdır.
Zoom Extents düyməsinin çıqqıldadılması kameranı elə yerləşdirir
ki, modellər ekranı tam tutur.
Qrafik redaktorlarda rəsm əməliyyatları, adətən, standart həndəsi
fiqurlardan - qrafik primitivlərdən istifadəyə əsaslanır.
Onlara aşağıdakı həndəsi fiqurlar aiddir: düz xətt, əyri,
düzbucaqlı, oval (ellips), çoxbucaqlı, dəyirmi düzbucaqlı.
SketchUp redaktorunun qrafik primitivləri o qədər də çox deyil.
Onların sayı dörddür:
Line,
Rectangle,
Circle,
Arc.
Line (Xətt) aləti düz xətt parçası çəkir. Rectangle (Düzbucaqlı)
və Circle (Dairə) alətləri də öz təyinatlarına uyğun istifadə
edilir. Sonuncu Arc (Qovs) aləti isə əyrilərin qövslərini
çıxarmağa imkan verir.
Növbəti dərsdə bu müstəvi fiqurlar əsasında həcmli fiqurların
qurulması texnologiyası ilə tanış olacaqsınız.