ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
1.
İş masasının parametrləri dedikdə nə başa düşülür?
2.
İş masasında simgələri necə nizamlamaq olar?
3.
D: diskində saxlanan faylların tam adı verilmişdir. Bu fayl strukturunu ağac şəklində göstərin.
D:\COUNTRY\AZERBAIJAN\HISTORY\Atabəylər.doc
D:\COUNTRY\AZERBAIJAN\HISTORY\Azərbaycan Cümhuriyyəti.doc
D:\COUNTRY\AZERBAIJAN\HISTORY\Yeni tarix.doc
D:\COUNTRY\AZERBAIJAN\MUSIC\Xalq musiqisi.doc
D:\COUNTRY\AZERBAIJAN\MUSIC\Operalar.doc
D:\COUNTRY\AZERBAIJAN\ART\Xalça.doc
D:\COUNTRY\AZERBAIJAN\ART\Rəssamlar.doc
D:\COUNTRY\TURKEY\HISTORY\Osmanlı.doc
D:\COUNTRY\IRAN\HISTORY\Sasanilər.doc
4.
Mövzuların nömrələri də daxil olmaqla dərsliyinizin mündəricatını ağac şəklində göstərin.
5.
İcraçının yalnız iki komandası var və onlar nömrələnib:
1) 1 əlavə et;
2) 2-yə vur.
Komandalar ardıcıllığını necə yerinə yetirmək lazımdır ki, 3 ədədindən 71 ədədi alınsın? Komandaların sayı 8-dən çox olmamalıdır
6.
Bu anlayışlardan hansı ağac informasiya modelinə aid deyil?
A) dövrə
B) övlad
C) yol
D) kök
E) yarpaq