Üçüncü tilin təpəsində, yəni qara yubka (QY) ilə hər iki köynəyi
seçmək olar. Deməli, ağaca iki til əlavə edilməlidir:
Geyim
BY
GY
QY
GK
AK
AK
GK
AK
Beləliklə, ağac tam qurulub qurtardı və onun beş budağı var. Bu
onu göstərir ki, məsələdə qoyulmuş şərtlə yubka və köynəyi beş
variantla seçmək olar: BY-GK, BY-AK, GY-AK, QY-GK, QY-AK.
Araşdıraq-öyrənək
Əgər Nərgizin göy (GP) və yaşıl (YP) rəngli iki papağı varsa,
onlan dolabdakı yubka və köynəklərlə neçə üsulla geyinə bilər
ki, bütün əşyalar fərqli rəngdə olsun?
Məsələ 2
Dustaq haqqında məsələ. Zindandan çıxmağa iki qapı var.
Onlardan biri azadlığa, digəri isə ölümə apanr. Hər iki qapıda
keşikçi dayanıb. Bir keşikçi həmişə yalan, o biri isə doğru
danışır. Ancaq dustaq onlardan kimin kim olduğunu bilmir.
Dustağa zindandan qurtulmaq imkanı verilir. Belə ki,
keşikçilərdən hər hansı birinə yalnız bir sual verməklə azadlığa
aparan qapını tapmaq lazımdır. Sizcə, dustaq hansı sualı
verməlidir?