17. Ağacşəkilli struktur əsasında məsələ həlli
Müəyyən növ məsələlərin həllində
ağacşəkilli strukturdan istifadə
etmək çox əlverişli olur.
Məsələ 1
Paltar seçimi. Paltar dolabında
boz (BY), göy (GY) və qara (QY)
rəngli üç yubka, biri göy (GK) və o
biri ağ (AK) olmaqla iki köynək
var.
Nərgiz özünə yubka və köynək seçmək istəyir.
Yubka və köynəyin rəngi fərqli olmaq şərti ilə
onları neçə üsulla seçmək olar?
Tutaq ki, Nərgiz birinci tilin (BY) sonundadır, yəni boz yubkanı
seçib. İndi o, köynəklərdən istənilən birini seçə bilər, çünki bu
halda yubka ilə köynəyin rəngi fərqli olacaq. Deməli, sxemə iki
til əlavə etmək lazımdır:
İkinci tilin (GY) sonuna keçək, yəni tutaq ki, göy yubka seçilib.
Bu halda yalnız ağ köynəyi (AK) seçmək olar. Ona görə də ağaca bir
til əlavə etmək lazımdır: