Axtarılan faylın təxmini ölçüsünü və dəyişdirilmə tarixini
bilməklə də onun tapılmasını asanlaşdırmaq olar. Bunun üçün
axtarış zamanı geniş süzgəcdən istifadə olunur. Axtarış sətrində
axtarılan sözü daxil edərkən sətrin aşağısında Date modified
(Dəyişdirilmə tarixi) və Size (Ölçü) düymələri əks olunur.
Düymələrin birini seçib parametrin konkret qiymətini daxil etməklə
axtarılan faylı daha tez tapmaq mümkündür.
Bildiyiniz kimi, əlverişsiz yerlərdə (iç-içə qovluqlarda) saxlanılan
proqramları tez başlatmaq üçün çox zaman iş masasında onların
qısayolları yaradılır. İş masasındakı simgənin faylın özünə,
yoxsa
qısayoluna məxsus olduğunu simgənin aşağısındakı kiçik
oxa
görə
bilmək olur. Qısayol faylın özü deyil, onun ünvanının saxlandığı
ayrıca fayldır. Ona görə də qısayolun uzaqlaşdırılması faylın özünə
təsir etmir.
Faylın qısayol simgəsinə görə birbaşa onun özünün saxlandığı qovluğa
keçmək üçün:
1.
Siçanın göstəricisini qısayol simgəsinin üzərinə aparıb siçanın
sağ düyməsini çıqqıldadın.
2.
Kontekst menyusunda Properties bəndini seçin. Açılan pəncərənin
Target sətrində faylın özünün olduğu yerin yolu əks olunacaq.
3.
Həmin yerə keçmək üçün Open File Location düyməsini çıqqıldadın.
Araşdıraq-öyrənək
1.
İş masasında bir neçə qısayol simgəsini seçin və hər bir
simgə üçün əsas faylın harada yerləşdiyini müəyyən edin.
2.
Hər hansı lokal disk, yaxud həmin diskdə ixtiyari bir qovluq
seçin. Məsələn, Local disk D:. Həmin qovluqda adında “ms”
hərflərinə rast gəlinən və ölçüsü kiçik (10-100 KB
aralığında) olan bütün faylları axtarıb tapın.
Öyrəndiklərinizi yoxlayın
1.
Faylın onlarla, yüzlərlə qovluğun hansında olduğu məlum deyilsə,
onu necə tapardınız?
2.
Axtardığınız faylın adını bilmirsinizsə, onu necə taparsınız?
3.
Əgər iş masasında Documents qovluğu əks olunmursa, onun içində
saxlanılan konkret faylı necə açmaq olar?
4.
“Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, illah da ki
pişik otaqda olmaya ”
aforizmi ilə kompüterdə axtarış arasında hansı oxşarlıq ola
bilər? Bu aforizmin müəllifi haqqında nə bilirsiniz?