Windows əməliyyat sistemi fayl və qovluqların axtarışı üçün bir
neçə üsul təklif edir. Onlardan hansının daha münasib olduğunu
demək olmaz, çünki müxtəlif hallarda fərqli üsuldan istifadə etmək
daha əlverişli olur.
Start menyusunun köməyi ilə faylların (qovluqların) axtarışı
1.
Start düyməsini çıqqıldadın. Sistemin baş menyusu açılacaq.
2.
Axtarış sahəsinə fayla aid sözü və ya onun bir hissəsini
daxil edin. Daxil edilən hər simvoldan sonra baş menyunun
tərkibi dəyişəcək və orada həmin simvollar ardıcıllığının
rast gəlindiyi (faylın adında, uzantısında, məzmununda və
s.) faylların siyahısı görünəcək.
3.
Siyahıdakı faylları bir-bir açmaqla onlardan hansının
axtardığınız fayl olduğunu yoxlaya bilərsiniz.
Çox vaxt lazım olan faylın hansı qovluqda yerləşdiyi məlum olsa da
(məsələn, Documents, yaxud Images), orada yüzlərlə fayl və iç-içə
qovluqlar yerləşdiyindən axtarış mürəkkəbləşir. Bu zaman lazım olan
faylı axtarmaq üçün açıq pəncərənin yuxarı hissəsində yerləşən
axtarış sahəsindən
istifadə etmək olar. Açar söz (axtarış sözü) və ya sözün
bir hissəsi axtarış sahəsinə daxil edilir. Hər simvol daxil
edildikcə qovluğun tərkibi süzgəcdən keçirilərək yenilənir. Lazım
olan fayl əks olunduqda simvolların daxil edilməsini dayandırmaq
olar.
Qovluq pəncərəsinin axtarış sahəsindən istifadə
Documents, yaxud çoxlu fayllar olan hər hansı başqa qovluğu açın.
1.
Açar sözü və ya sözün bir hissəsini axtarış sahəsinə daxil
edin. Nəticədə pəncərənin tərkibi dəyişəcək.
2.
Pəncərədə axtardığınız faylın əks olunduğunu gördükdə
simvolların daxil edilməsini dayandırın.