Mümkün variantları axtarmaq üçün ağacşəkilli strukturdan istifadə
etmək əlverişli olar. Ağacın kökü olaraq 11-i götürmək lazımdır.
Axtarılan ədədə doğru hərəkət etdikdə son addımlarda hərtərəfli
axtarışı aparmaq əvəzinə, münasib variantı seçmək olar. Beləliklə,
11-dən 80-ə aparan yolla gedilsə 1-1-1-2-2 komandalar ardıcıllığı
alınar.
Araşdıraq-öyrənək
Ağac informasiya modelindən obyektlərin təsnifatı zamanı daha
çox istifadə olunur. Təsviri incəsənət fənnindən tanış
olduğunuz bu sxem nəyi əks etdirir?
Bənzər sxemlərə daha hansı fənlərdə rast gəlmisiniz?
Öyrəndiklərinizi yoxlayın
1.
Obyektin informasiya modelinin hansı növlərini bilirsiniz?
2.
Ağacşəkilli strukturun hansı elementləri var?
3.
Dərsdə qurduğunuz nəsil ağacınızı ata-ananızın köməyi ilə
bir-iki nəsil keçmişdən başlamaqla genişləndirin.
4.
Nəsil ağacınızı cədvəl şəklində göstərin. Bu halda hansı
informasiya modeli daha əlverişlidir: cədvəl, yoxsa ağac?