adlandırırlar. Ağacın ən aşağısında olan (və övladı olmayan)
təpələrə
yarpaqlar deyilir.
Köklü ağacların tətbiq sahələri çox genişdir: məsələn:
informatikada, biologiyada, menecmentdə onlardan geniş
istifadə olunur. İnformatikada ikilik və ya
binar adlandırılan köklü ağaclar daha böyük önəm
daşıyır. İkilik ağac o biri ağaclardan hər təpəsində ən çoxu
iki övladının olmasına görə fərqlənir. Köklü ikilik ağacda hər
təpədən ən çoxu iki til çıxır.
Tez-tez təbii iyerarxik strukturu nəzərə almaqla informasiyanı
təqdim edən ağaclara, məsələn, nəsil ağacına ehtiyac olur.
Aşağıdakı ağacda İsveçrənin məşhur Bernullilər ailəsinin bəzi
üzvləri (onların hər biri tanınmış riyaziyyatçılar olmuşlar)
göstərilmişdir.