İş masasının kontekst menyusunu açın. Sort by (Çeşidləmə)
bəndini seçin. Bu bəndə uyğun menyunun köməyi ilə iş
masasındakı simgələri məqsəddən asılı olaraq verilmiş
variantlar üzrə
çeşidləyə bilərsiniz: ada (Name), ölçüyə (Size), tipə (Item
type), dəyişiklik tarixinə (Date modified) görə. Ardıcıl
olaraq hər bir variantı seçməklə iş masasının necə
dəyişildiyini müşahidə edin. Çeşidləmə (Sort), nizamlama
(Arrange), düzləndirmə (Align) anlayışları arasındakı fərqi
aydınlaşdırmağa çalışın.