Fonun dəyişdirilməsi və ekran qoruyucusunun quraşdırılması
1.
Siçanın göstəricisini iş masasının boş yerinə aparıb onun sağ
düyməsini çıqqıldadın.
2.
Açılan kontekst menyusunda Personalize (Fərdiləşdirmək)
bəndini seçin.
Uyğun dialoq pəncərəsi açılacaq.
3.
İstədiyiniz mövzulardan birini seçin və Desktop Background (İş
masasının fonu) düyməsini çıqqıldadın.
4.
Seçdiyiniz mövzuya aid şəkillərin siyahısı açılacaq və bütün
şəkillər qeyd olunmuş kimi görünəcək.
5.
Siyahının yuxansındakı Clear all (Hamısını sil) düyməsini
çıqqıldadın. Şəkillərin yanındakı qeyd işarələri silinəcək.
İndi həmin siyahıdan fon üçün zövqünüzə uyğun şəkli seçin.
Şəkil dərhal iş masasında əks olunacaq.
6.
Fon dəyişikliyinin sistemdə saxlanması üçün Save changes
(Dəyişiklikləri saxla) düyməsini çıqqıldadın.
7.
Screen Saver (Ekran qoruyucusu) düyməsini çıqqıldadın. Açılan
dialoq pəncərəsindəki
düyməsi vasitəsilə variantlar siyahısını açın.
8.
Variantları bir-bir keçməklə siyahının üstündəki kiçik ekran
nümunəsində onların görüntüsünü izləyin. Kompüterin neçə
dəqiqə boş dayandıqdan sonra ekran qoruyucusunun açılmasını
Wait sahəsində göstərin. Xoşunuza gələn variantda dayanıb OK
düyməsini çıqqıldadın. Bundan sonra kompüterdə işləmədikdə
müəyyən zamandan sonra iş masasında seçmiş olduğunuz ekran
qoruyucusu görünəcək.
9.
Personalize dialoq pəncərəsini qapadın.
İş masasında, adətən, tez-tez istifadə olunan proqramların qısayol
simgələri yerləşdirilir. Bəzi istifadəçilər müəyyən qovluq və
fayllarını da orada saxlayırlar. İş masasında obyektlərin sayı
artdıqca onları nizamlı yerləşdirməyə ehtiyac yaranır. Adi iş
masasında olduğu kimi, burada da istifadə edilməyən obyektləri
uzaqlaşdırmaq, qalanlarını isə istəyə uyğun düzərək qruplaşdırmaq
olur. Bu işi əməliyyat sisteminin təklif etdiyi variantlardan
istifadə etməklə də nizamlamaq olar.