-
continue operatoru isə proqramı məcbur edir ki, dövrün
gövdəsində ondan sonra gələn operatorları buraxıb dərhal
dövrün növbəti addımına keçsin.
continue dövrün gövdəsindəki qalan operatorları
adlayır və yeni dövrü başladır
break dövrün qalan hissəsini adlayır və növbəti
operatora keçir
Aşağıdakı proqramda range(1, 101) şərtinə görə, dövr 100 dəfə
təkrarlanmalıdır. Buna baxmayaraq, 0-dan 10-dək ədədlər ekrana
çıxarılandan sonra proqram işini bitirir, çünki i == 10 halında
proqram break operatorunu yerinə yetirdiyindən dövr sona çatır.
for i
in range(1, 101) :
print (i, end = '\t')
if i == 10: break
100-dək olan bütün tək ədədlərin cəmini hesablayan aşağıdakı
proqramda cüt ədədləri "adlayıb keçmək" üçün continue
operatorundan istifadə olunur:
s = 0
for i
in range(1, 101) :
if i % 2 == 0 : continue
s += i
print (s)
İç-içə dövrlər. Bəzi məsələlərin həllində bir dövrün
(xarici dövrün) daxilində başqa bir dövrdən (daxili dövr) istifadə
edilməsi çox əlverişli olur. İlk keçiddə xarici dövr daxili dövrü
çağırır, bu daxili dövr sonadək yerinə yetirilir və axırda
idarəetmə xarici dövrün gövdəsinə ötürülür. İkinci keçiddə xarici
dövr yenə də daxili dövrü çağırır. Bu proses xarici dövr tam sona
çatanadək davam edir.
Məsələ. İç-içə iki dövrdən istifadə etməklə 1-dən 9-dək
ədədlərin vurma cədvəlini qurun.