1.
Maraqoyatma. Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya
və hadisələr təsvir
edilir və suallarla yekunlaşdırılır.
2.
Fəaliyyət. Maraq oyadılan hadisələrin araşdırılmasına,
onlarda səbəb-nəticə əlaqələrinin
müəyyən edilməsinə yönəlmiş tapşırıqlar verilir. Bu tapşırıqlar
əvvəlki biliklərinizlə
yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət
edir. Yerinə yetirilmiş
işin nəticəsini müzakirə etmək və səhvləri araşdırmaq üçün suallar
verilir.
3.
Addım-addım. Praktik vərdişləri formalaşdırır.
4.
Açar sözlər. Hər mövzu üzrə öyrənilən əsas anlayışlardır.
5.
İzahlar. Fəaliyyət zamanı müəyyən etdiyiniz faktlarla bağlı
açıqlamalar verilir. Əsas
anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir
sözlə, dərsin əsas məzmunu
burada əks olunur.