ilə, cəm isə sum ilə işarə edilsə, onda məsələnin həll proqramı
aşağıdakı kimi ola bilər:
sum = 0
x = int( input() ) while x != 0 :
sum += x
x = int( input() )
print ("Cəm", sum)
Burada sum += x yazılışı sum = sum + x yazılışı ilə ekvivlentdir.
Məsələ. Proqramın yerinə yetirilməsi nəticəsində çıxışa hansı ədəd
veriləcək?
s = 47
n = 1 while s > 0 :
s -= 9
n += 4
print (n)
Həlli: Dövrün neçə dəfə yerinə yetirilməsini s dəyişəni müəyyən
edir. Başlanğıcda s = 47 olduğundan və hər dəfə 9 vahid
azaldığından dövr şərti ödənilən (s > 0) müddətdə dövr 6 dəfə
yerinə yetiriləcək. Deməli, sonda n = 6 ⋅ 4+1=25 olacaq.
Araşdıraq-öyrənək
O-dan 20-dək cüt ədədləri ekrana çıxaran proqram tərtib edin.
Bu zaman while operatorundan istifadə edin.
Öyrəndiklərinizi yoxlayın
1.
Şərtli dövrlər Python dilində hansı operatorla ifadə olunur?
2.
while operatorundan istifadə etməklə ilk yüz natural ədədin
kvadratları cəmini hesablayan proqram yazın.
3.
Proqramın yerinə yetirilməsi nəticəsində çıxışa hansı ədəd
veriləcək?