Başqa halda isə hərəkətlər müəyyən şərt ödənilənədək təkrar
olunur. Təsəvvür edin ki, zil qaranlıq otaqdasınız və qapını
tapmaq üçün neçə addım atmalı olacağınızı qabaqcadan bilmirsiniz.
Bu
halda necə hərəkət etməlisiniz ki, bilmədən hər hansı əşyaya
dəyməyəsiniz. Təbii ki, qapıya çatıb-çatmadığınızı yoxlamaq üçün
əlinizi qabağa uzatmalısınız. Sonra isə addım atmalısınız və bu
hərəkəti əliniz qapıya deyənədək təkrarlamalısınız. Deməli,
sonrakı addımı atmazdan öncə qapının yaxında olub-olmaması
yoxlanılır. Bundan asılı olaraq, ya növbəti addım atılır, ya da
dayanılır. Bu iki nümunəyə uyğun olaraq, Python dilində iki növ
dövr operatoru var: for
dövrü (sayğaclı dövr) və while dövrü (şərtli
dövr).
Adətən, şərtli dövrlərdən dövrün təkrarlanmalarının sayı
qabaqcadan məlum olmadıqda istifadə olunur. Şərtli dövrün ümumi
yazılış forması belədir:
while <şərt>:
<dövrün gövdəsi>
Belə dövrdə nə qədər ki şərt doğrudur, dövrün gövdəsi
təkrar-təkrar yerinə yetiriləcək.
Məsələ. 1-dən 10-dək natural ədədlərin kvadratlarını çap edən
proqram yazın. Həlli. Məsələnin həlli üçün proqramı Python dilində
şərtli dövrdən istifadə etməklə belə yazmaq olar:
i = 1
while i <= 10:
print (i*i)
i = i + 1
AÇARSÖZLƏR
Dövr
Dövrün gövdəsi
Sayğaclı dövr
Şərtli dövr
Verilənlər axınının emalı. Bir çox məsələlərdə hansısa
qaynaqdan (klaviaturadan, fayldan) daxil edilən verilənlərin
miqdarı qabaqcadan məlum olmur. Tutaq ki, klaviaturadan daxil
edilən tam ədədlər ardıcıllığının elementlərinin cəmini tapmaq
lazımdır. Adətən, belə məsələlərdə
verilənlər axınının sonunu bildirmək üçün “daxil edilən
ədəd sıfırdırsa, daxiletməni bitirmək” kimi şərtlərdən istifadə
olunur. Bu məsələdə bütün verilənləri yaddaşda saxlamağa gərək
yoxdur, onlar bir-bir daxil edildikcə cəmə əlavə olunur. Sonuncu
daxil edilən ədəd x