Marketdə alıcılara güzəşt tətbiq olunur: 10 manat və ondan
aşağı məbləğdə alış- veriş edənə 10%, 10 manatdan çox edənə
isə 20% endirim var. Alınan malın məbləğini soruşan və onun
əsasında güzəşti (10% və ya 20%) və yekun məbləği hesablayan
proqram aşağıdakı kimi yazılıb:
q1 = float(input('Malın qiymətini daxil edin: '))
if q1 <= 10.0:
e = q1 * 0.10
else:
e = q1 * 0.20
q = q1 - e
print('Güzəştiniz', e, 'manat, Ödəyəcəyiniz məbləğ', q,
'manat')
Bu proqramı Python redaktorunda yazıb icra edin. İstifadə
olunmuş hər bir dəyişənin və operatorun təyinatını araşdırın.
Müxtəlif məbləğlər üçün güzəşt faizini dəyişməklə yekun
məbləğin necə dəyişdiyini izləyin.