Əgər iki ədədin maksimal olam seçilirsə, Python dilində şərt
operatorunun xüsusi formasından da istifadə etmək olar:
M = a if a > b else b
Tez-tez hansısa şərtin doğru olması halında bır neçə operatoru
yerinə yetirmək lazım gəlir. Məsələn, a və b deyişənlərinin
qiymətlərini artan sıra ilə çeşidləmək üçün a > b olduqda temp
müvəqqəti (yardımçı) dəyişəndən istifadə etməklə həmin
deyişənlərin qiymətlərinin yerlərini belə dəyişmək olar:
if a > b:
temp = a
a = b
b = temp
Proqramlaşdırma dillərinin əksərəriyyətindən fərqli olaraq, Python
dilində çoxqatlı mənimsətmə var. Bu da iki dəyişənin qiymətini çox
asanca bir-birilə dəyişməyə imkan verir:
a, b = b, a
İç-içə şərt operatorları. Şərt operatorunun daxilində
istənilən operatorlar, o cümlədən başqa şərt operatorları da
yerləşə bilər. Məsələn, tutaq ki, Alpayın yaşı ageA deyişəninə,
Barışın yaşı isə ageB deyişəninə yazılıb. Onlardan kimin yaşca
böyük olduğunu müəyyənləşdirmək lazımdır. Bir şərt operatoru ilə
bunu etmək olmaz, çünki üç mümkün hal var: Alpay böyükdür, Barış
böyükdür, ya da ikisi də eyni yaşdadır. Məsələnin həllini belə
yazmaq olar:
if ageA > ageB:
print ("Alpay böyükdür")
else:
if ageA == ageB:
print ("Yaşıddırlar")
else:
print ("Barış böyükdür")
Bərabərliyi yoxlayan şərt operatoru (onun fonu seçdirilib) else
blokunun daxilində yerləşir. Bu nümunədən göründüyü kimi, iç-içə
şərt operatorlarından istifadə olunması yalnız iki deyil, bir neçə
variantdan birinin seçilməsinə imkan verir.
Əgər else sözündən bilavasitə sonra daha bir
if operatoru gəlirsə, elif (else-if
sözlərinin qısaltması) açar sözünün olduğu “kaskad”