Proqramlaşdırma dillərinin hamısında budaqlanma yaradan xüsusi
operatorlar - şərt operatorları
AÇARSÖZLƏR
Budaqlanma
Şərt operatoru
Şərt simvolları
vardır.Əksər dillərdə olduğu kimi, Python dilində də şərt
if deyimi vasitəsilə verilir. Məsələn, M deyişəninə a və
b deyişənlərinin maksimal olanın (ən böyüyünün) qiymətini yazmaq
üçün
if a > b:
M = a
else:
M = b
operatorundan istifadə etmək olar.
if sözü ingilis dilindən “əgər”, else sözü isə “əks
halda” kimi tərcümə olunur. Əgər if sözündən sonrakı şərt
doğrudursa (ödənilirsə), else sözünədək olan bütün
komandalar (yaxud “komandalar bloku”) yerinə yetirilir. Yox, əgər
if sözündən sonrakı şərt doğru deyilsə (yalandırsa),
else sözündən sonrakı komandalar yerinə yetirilir.
Şərtdə > və < işarələrindən savayı başqa
münasibət (müqayisə) işarələrindən də
istifadə olunur: <= (kiçikdir və ya bərabərdir), >= (böyükdür
və ya bərabərdir), == (bərabərdir) və != (bərabər deyil).
Əgər blokda yalnız bir operator varsa, bəzən bloku
if (else) açar sözü ilə eyni sətirdə yazmaq əlverişli olur:
if a > b: M = a
else: M = b
Şərt operatorunun natamam forması. Maksimal qiymətin
seçilməsi proqramını başqa cür də yazmaq olar:
M = a
if b > a: M = b
Burada şərt operatoru natamam formada istifadə olunub, çünki
şərtin yalan olması halında nəsə etmək tələb olunmur (else
sözü və ondan sonrakı operatorlar bloku yoxdur).
İki qiymətdən böyük və ya kiçik olanın seçilməsi əməli çox tez-tez
lazım olduğundan Python dilində max və min funksiyaları vardır:
M = max(a, b)