11. Şərt operatoru
"... Əgər siz məndən qabaq Çənlibelə
çatdınız, demək ki, uşaqları
siz mənsiz qurtarıbsınız. Aslan
paşanın xəzinəsinin hamısı sizə
çatacaq. Yox, əgər mən tez çatdım,
onda xəzinə hamısı mənimdi..."
-
Verilmiş fraqmenti bir “əgər ..., onda ...,
əks □halda ...” ifadəsi şəklində necə göstərmək olar?
Fəaliyyət
ALPLogo dilində verilmiş proqramı kompüterdə icra etmədən
diqqətlə nəzərdən keçirin.
dəyişən b
b = 1
qələmiendir
əgər (b >= 0)
[təkrarla 5 [irəli 50 sağa 72]]
əkshalda
[təkrarla 3 [irəli 100 sağa 120]]
Nəticəni müzakirə edək:
-
Proqramın icrasının nəticəsi nə olacaq?
-
İkinci sətirdə b = -1 olarsa, nəticə necə dəyişəcək?
Ötən mövzulardakı proqramların hamısı xətti proqramlar idi.
Xətti proqramlarda
operatorlar (deyimlər) bir-birinin ardınca icra olunur və onların
yerinə yetirilmə sırası giriş verilənlərindən asılı olmur.
Gerçək məsələlərin əksəriyyətində isə müəyyən deyişənlərin
qiymətindən asılı olaraq hərəkətlər ardıcıllığı dəyişə bilər.
Alqoritmlərdə bir neçə mümkün hərəkətdən birinin seçilməsinə
budaqlanma vasitəsilə nail olunur. Budaqlanma təməl alqoritmik
strukturlardan biridir. Budaqlanma bir, yaxud bir neçə
şərtin yoxlanmasına əsaslanır və həmin şərtlərin doğruluğundan
asılı olaraq müəyyən əməliyyat yerinə yetirilir.