AÇARSÖZLƏR
Verilənlər
Kəmiyyətlər
Dəyişən kəmiyyət
Sabit kəmiyyət
Sətir tipli kəmiyyət
Boş sətir
Python dilində x adlı dəyişən yaratmaq üçün bərabərlik
işarəsindən (=) istifadə edilir və sonra həmin dəyişənin qiyməti
göstərilir. Aşağıdakı nümunədə x adlı dəyişən yaradılır və ona
100 qiyməti mənimsədilir (bu o demək deyil ki, başqa dəyişən
həmin qiyməti ala bilməz):
>>> x = 100
Dəyişənin qiymətinin nə olduğunu bilmək üçün komanda sətrində
print, ondan sonra mötərizə
içərisində dəyişənin adı yazılır və <Enter> klavişi basılır:
>>>
print(x)
100
Dəyişənin qiymətini istənilən zaman dəyişmək olar.
>>> x = 200
>>>
print(x)
200
Deyişənlərin adında latın əlifbasının həm baş, həm də kiçik
hərflərindən, rəqəmlərdən və altcizgi (_) simvolundan istifadə
etməyə icazə verilir. Dəyişənin adında boşluq simvolu ola bilməz.
Birinci simvolun hərf olması vacibdir. Dəyişənin adı bir, yaxud
bir neçə simvoldan ibarət ola bilər. Aşağı və yuxarı registrdə
yazılmış eyni simvollar fərqli hesab edilir; məsələn: count, Count
və COUNT fərqli identifıkatorlardır.
Proqramlaşdırmada ədədlərlə yanaşı, sətir tipli kəmiyyətlərdən də
geniş istifadə olunur. Sətir dedikdə hər hansı simvollar
ardıcıllığı nəzərdə tutulur. Bu simvollar rəqəmlər də ola
bildiyindən ədədlərlə qarışmaması üçün proqramlaşdırma dillərində
sətirlər apostrof, yaxud dırnaq işarələri arasında yazılır.
Məsələn: 'Python', 'orman22', "Araz cayı". Sətirdə heç bir simvol
olmaya da bilər. Belə sətrə boş sətir deyilir və ''
şəklində göstərilir.
Bir vacib məqamı də bilmək lazımdır. Logo və bir sıra başqa
dillərdə olduğu kimi, Python dilində deyişənlər qabaqcadan elan
edilmir. Ona görə də istənilən dəyişənə hər hansı qiyməti
mənimsətmək olar. Məsələn:
>>> abc = 'yüz'
>>> abc
'yüz'
>>> abc = 100
>>> abc
100
Python dilində ədədlər adi tam (int tipi) və ya
həqiqi (float tipi) ola bilir. Həqiqi ədədləri tama və
əksinə çevirmək üçün Python dilində int() və float()