AÇARSÖZLƏR
Proqram layihəsi
Translyator
İnterpretator
Kompilyator
Proqram modulu
4.
Kodlaşdırma sona çatdıqda, bəzən isə daha öncədən proqramın
testlənmə və sazlanması başlanır. Proqramın
düzgünlüyü yoxlanılır, tapılmış yanlışlıqlar düzəldilmək
üçün dərhal proqramçılara verilir.
5.
Əgər proqram konkret sifarişçinin tələbləri nəzərə alınmaqla
yaradılmışsa, adətən, proqramın tətbiqetmə mərhələsi
zəruri olur. Bu mərhələdə avadanlıqlar köklənir, əvvəllər
istifadə olunmuş proqramlardan verilənlər yeni proqrama
keçirilir, proqramla işləyəcək heyətə təlim keçirilir.
6.
Proqramla işin son mərhələsi müşayiətdir. Bu
mərhələdə proqramın istifadəçilərinə məsləhətlər verilir,
istismar gedişində aşkar olunan xətalar düzəldilir,
sifarişçinin istəyinə əsasən proqramlarda kiçik
dəyişikliklər edilir.
Geniş yayılmış dillərdən biri olan LOGO proqramlaşdırma dili, daha
dəqiq desək, onun sadələşdirilmiş və dilimizə uyğunlaşdırılmış
ALPLogo versiyası ilə aşağı siniflərdən tanışsınız. Bu ildən
başlayaraq proqramlaşdırma üzrə bilik və bacarıqlarınızı daha
geniş şəkildə, peşəkar
proqram təminatları yaratmağa imkan verən, ancaq eyni zamanda
yetərincə sadə olan
Python dili (əsasən “payton”, bəzən isə “piton” kimi
tələffüz olunur) vasitəsilə inkişaf etdirəcəksiniz.
Proqramlaşdırma dilində yazıldıqdan sonra proqram gerçək maşın
koduna çevrilməlidir. Belə çevrilmə
translyator adlı
proqramlar vasitəsilə aparılır. Bəzi translyatorlar proqramın bir
sətrini çevirir və onu yerinə yetirmək üçün mərkəzi prosessora
verir, yalnız bundan sonra növbəti sətrin çevrilməsinə keçir. Belə
translyatora
interpretator deyilir. Translyatorun başqa
növü olan
kompilyator fərqli işləyir: proqramlaşdırma
dilində yazıldıqdan sonra kompilyator proqramı bütövlükdə oxuyur,
onu maşın koduna çevirir və ayrıca faylda saxlayır. Sonradan ilkin
koddan asılı olmayaraq bu fayl istənilən sayda çalışdırıla bilər.
Python əsasən
interpretator kimi istifadə olunur, ancaq bu
dilin
kompilyatoru da vardır. Bu proqramı python.org rəsmi
saytından endirib kompüterə quraşdırmaq olar. Kompüterinizin ış
masasında,
sımgəsı varsa, onu ikiqat çıqqıldadın. Əks halda Start menyusunda
Programs ⇒ Python 3.10.5 ⇒ IDLE (Python GUI)
komandasını seçin. Ekranda aşağıdakı pəncərə açılacaq.