8. Proqram necə hazırlanır
-
ALPLogo proqram təminatının
hansı növünə aiddir?
-
LOGO dilinin hansı
komandalarını bilirsiniz?
Fəaliyyət
Proqram kodunu ALPLogo mühitində yığın və icra edin.
pendown
forward 100
right 90
forward 100
right 90
forward 100
right 90
forward 100
Nəticəni müzakirə edək:
-
Nəticədə hansı fiqur çəkildi?
-
ALPLogo dilinin ingilis versiyasındakı penup, repeat, clear
komandaları Azərbaycan versiyasının hansı komandalarına
uyğundur?
Kompüterlərin proqram təminatı, onların növləri haqqında
7-ci sinifdə ətraflı danışılıb. Bildiyiniz kimi, sistem və tətbiqi
proqramları yaratmaq üçün
proqramlaşdırma dillərindən istifadə olunur.
Proqramlaşdırma dillərində proqramların yazılması ümumi işin
yalnız bir hissəsidir. Belə ki, kompüter proqramlarının, xüsusən
böyük həcmli proqramların hazırlanmasını bir neçə mərhələyə
ayırmaq olar:
1.
İlk mərhələdə proqrama olan
tələblər təhlil olunur. Tələblərin təhlili gedişində
proqramın təyinatı dəqiqləşdirilir, giriş və çıxış verilənləri
aydınlaşdırılır. Tələb olunan resurslar və proqramın dəyəri
qiymətləndirilir.
2.
Növbəti mərhələ
proqramın layihəsinin hazırlanmasıdır. Bu mərhələdə
proqramçılar üçün texniki tapşırıq formalaşdırılır. İş
sənədləri və işin təqvim planı yaradılır.
3.
Sonra proqramın kodlaşdırılması, yəni alqoritmin qurulması və
proqramlaşdırma dilində yazılması başlanır.