Səs faylı olaraq həm də musiqi və başqa audio fayllardan, eləcə də
özünüzün mikrofonla yazdırdığınız danışıqlardan istifadə etmək
olar.
Slaydlara səs fayllarının artırılması
1.
Başqa bir slayda keçin. Insert menyusunda Movie and Sound
bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq. Səs və ya
musiqi fayllarının olduğu qovluğa keçib hər hansı faylı seçin.
Daha doğrusu, hər hansı faylı deyil, slaydın məzmununa uyğun
gələn səs faylını seçmək lazımdır. Slaydın ortasında səs
simgəsi yaranacaq.
2.
Slide Transition tapşırıqlar panelinin Advance slide bölümünə
diqqət yetirin. Orada On mouse click variantının qeyd
olunduğunu görəcəksiniz. Bu o deməkdir ki, slaydın nümayişi
zamanı seçmiş olduğunuz fayl siçanın sol düyməsini
çıqqıldatdıqdan sonra səsləndiriləcək. Səsləndirilmənin
öz-özünə başladılmasını istəyirsinizsə, Automatically after
variantını seçin.
3.
Səs simgəsini slaydda elə yerə yerləşdirin ki, o hansısa
görüntünün qarşısını kəsməsin. Məsələn, onu slaydın sağ aşağı
küncünə dartıb aparın.
4.
Tapşırıqlar panelinin aşağısındakı
düyməsini
çıqqıldadın. OpenOffıce Impress slaydların nümayişi rejiminə
keçəcək.
5.
Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün
<Esc> klavişini basın.
6.
Təqdimatı diskdə saxlamaq üçün standart alətlər zolağındakı
Save düyməsini çıqqıldadın.