7. Təqdimatda səs və video
-
Hansı simgələr audio,
hansı simgələr isə
video tipli fayllara
aiddir?
Adətən, təqdimatın başlıca məqsədi böyük həcmli informasiyanı
auditoriyaya yığcam şəkildə çatdırmaq olur. Buna nail olmaq üçün
təqdimatda rəsmlərdən, cədvəl və diaqramlardan, eləcə də səs və
video effektlərdən istifadə edilməsi çox vacibdir. Bu əlavələr
təqdimatı daha maraqlı, inandırıcı və yaddaqalan edir.
Təqdimatlarda keçid effektlərini səsli müşayiət etmək üçün təqdimat
proqramlarının özlərinin səs effektləri (məsələn, əlçalma, yaxud
baraban səsi) vardır. Bir slayddan başqasına keçid zamanı bu
effektlərdən istifadə etmək olar. Slaydların nümayişi zamanı
səsləndirmə ya avtomatik, ya da çıqqıldatma vasitəsilə aparılır.
Təqdimata səsli keçid effektlərinin əlavə edilməsi
1.
OpenOffıce Impress proqramını başladın və hər hansı hazır
təqdimat faylını açın.
2
Slide Show menyusunda Animation Transition komandasını seçin.
Slide Transition tapşırıqlar paneli açılacaq.
3
Modify transition bölümündə Speed sahəsinin oxunu, sonra isə
Slow variantını çıqqıldadın. Sonra Sound sahəsinin oxunu
çıqqıldadın və açılan siyahıdan gong sətrini seçin.
4
Tapşırıqlar panelinin aşağısındakı
düyməsini çıqqıldadın.
PowerPoint slaydların nümayişi rejiminə keçəcək və 1-ci slaydın açılışı səs
effekti ilə müşayiət olunacaq.
5.
Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün
<Esc> klavişini basın.
6.
Təqdimatı diskdə saxlamaq üçün standart alətlər zolağındakı Save
düyməsini çıqqıldadın.