Son model videokameralar isə sərt disklərlə təchiz olunmuşdur. Bu
daşıyıcılarda, adətən, 60-120 dəqiqəlik videoyazı saxlamaq olur.
Rəqəmsal foto- kamerada olduğu kimi, rəqəmsal videokamerada da
görüntünün keyfiyyəti meqapiksellərin sayından asılıdır. Müasir
videokameraların əksəriyyəti 1-3 meqapikseli dəstəkləyir.
Görüntüləri lokal şəbəkədə, yaxud İnternetdə ötürmək üçün
veb-kamera adlandırılan rəqəmsal videokameralar vardır.
Kompüterlərdə veb-kameralardan, adətən, “canlı” ünsiyyət zamanı
istifadə olunur. İnternet texnologiyalarına əsaslanan
video-ünsiyyət, yaxud video-gap zamanı ünsiyyətdə olan iki
şəxs bir-birini eşidə və görə bilir. Əksər veb-kameraların
özlərinin daxili mikrofonu olduğundan belə ünsiyyət zamanı əlavə
mikrofona gərək qalmır.
Rəqəmsal audio-pleyer musiqi yazılarının saxlanması və
səsləndirilməsi üçün nəzərdə tutulub. Bu qurğuların əksəriyyətində
musiqi yazıları olan faylları saxlamaq üçün fləş-yaddaşdan istifadə
olunur. Fləş-yaddaş pleyerin daxilinə quraşdırılmış, yaxud
taxılıb-çıxarılan yaddaş kartı şəklində ola bilər. Tutumu 512
Mbayt olan fləş-karta 8 saatlıq musiqi yazmaq olur. Rəqəmsal
audio- pleyerlərin bəzisində tutumu 1-dən 40 Gbaytadək daxili sərt
disk olur. Belə disklərə 16-640 saatlıq musiqi yerləşir.
Yuxarıda haqqında danışılan o biri qurğular kimi, rəqəmsal
audio-pleyerlərin də əksəriyyəti kompüterə USB portu vasitəsilə
qoşulur. Kompüterin sərt diskində olan musiqi fayllarını pleyerin
fləş-yaddaşına köçürmək olar.
Araşdıraq-öyrənək
Rəqəmsal fotokameralarda fotoların hansı fayl formatında
saxlandığını araşdırın.
-
Nə üçün onlar BMP formatında saxlanılmır?
-
Müasir mobil telefonlarda səs və qrafik fayllar hansı
formatlarda saxlanılır?
Öyrəndiklərinizi yoxlayın
2.
Oyun proqramlarını multimedia proqramları hesab etmək olarmı?
3.
Hansı multimedia qurğularını tanıyırsınız?
4.
Rəqəmsal fotokameralann əsas xarakteristikası nədir?
5.
Rəqəmsal videokameralarda informasiya daşıyıcılarının hansı
növlərindən istifadə olunur?