AÇARSÖZLƏR
Multimedia
Rəqəmsal fotokamera
Meqapiksel
Yaddaş kartı
Rəqəmsal videokamera
Veb-kamera
Audio-pleyer
Fotokamera
Yaddaş kartı
Ona görə də “multimedia” termini həm proqram, həm də aparat
təminatına aid edilir. Bəzi multimedia qurğuları həyatımızın
ayrılmaz hissəsinə çevrilib.
Yüksək texnologiyalar sahəsində ən son uğurlardan biri
rəqəmsal fotokameralardır. Rəqəmsal fotokamera vasitəsilə
çəkilmiş şəkillər kameranın yaddaşında saxlanılır və kompüterin
yaddaşına köçürülə bilir. Çəkilmiş şəkillərə dərhal baxmaq,
oradakı istənilən çatışmazlığı aradan qaldırmaq və xüsusi
effektlər əlavə etmək olur. Çəkilən hər bir şəklin görüntüsü
işığa həssas elementlərdən təşkil olunmuş matrisin köməyi ilə
formalaşır. Rəqəmsal fotokameraların ən mühüm xarakteristikası
onun matrisində olan piksellərin sayıdır. Müasir rəqəmsal
fotokameraların matrisi bir neçə meqapikseldən,
yəni bir neçə milyon pikseldən ibarət olur. Meqapiksellərin sayı
görüntünün keyfiyyətini müəyyən edir: matrisdə olan
meqapiksellərin sayı nə qədər çoxdursa, fotoşəklin keyfiyyəti də
bir o qədər yüksək olur. İlk rəqəmsal fotokameralarda bu
göstərici 2-3 meqapiksel idi, müasir modellərdə isə 7
meqapikseldən yuxarıdır.
Fotokamera ilə çəkilmiş fotolar yaddaş kartına, yaxud
başqa daşıyıcıya yazılır. Müasir rəqəmsal fotokameraların
əksəriyyəti maye-kristal ekranla təchiz olunub. Bu
fotokameralarla qısa videolar da çəkmək mümkündür.
Rəqəmsal videokameralar bir çox cəhətlərinə görə rəqəmsal
fotokameralara bənzəyir. Belə ki, çəkilmiş videogörüntülər
kameranın daxili yaddaşında saxlanılır. Ancaq fotokameralardan
fərqli olaraq, onlarda yaddaş kartı ilə yanaşı, başqa növ
daşıyıcılardan - kiçik formatlı videokasetlərdən, DVD disklərdən
də istifadə olunur.
Videokamera
Veb-kamera
Audio-pleyer