5.Multimedia qurğuları
-
İnformasiya hansı formalarda təqdim oluna bilər?
-
Bu simgələr informasiyanın hansı təqdimolunma formaları ilə
bağlıdır?
Fəaliyyət
Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Hər bir qurğu
haqqında bildiklərinizi uyğun xanalara yazın.
Qurğu |
Funksiyası, iş prinsipi |
Mikrofon |
|
Səsucaldanlar |
|
Proyektor |
|
Optik disk qurğusu |
|
Skaner |
|
Nəticəni müzakirə edək:
-
Bu qurğular hansı növ informasiyalarla işləyir?
Tətbiqi proqramların ən geniş yayılmış növlərindən biri kompüter
oyunlarıdır. Bu oyunların əksəriyyəti qrafika ilə yanaşı, səs,
animasiya və video effektlərlə zəngin olur. Belə effektlər
oyunları həm maraqlı edir, həm də gerçəkliyə daha da
yaxınlaşdırır.
Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya
texnologiyalarına
multimedia deyilir. Başqa sözlə, multimedia dedikdə
qrafika, mətn, video, fotoqrafıya, animasiya, səs effektləri kimi
informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur.
Müasir kompüterlərin proqram və aparat resursları çox geniş
çeşidli multimedia fayllarına qulaq asmağa, baxmağa, onları
yaratmağa və redaktə etməyə imkan verir.