ÜMUMİLƏŞDİRİCİ SUALVƏ TAPŞIRIQLAR
1.
"Mikroprosessor" sözü yaddaşın neçə bitini tutacaq?
2.
Mətn redaktorunda yığılmış məqalənin həcmi 20 Kbaytdır. Onun hər
səhifəsində 30 sətir, hər sətirdə isə 40 simvol var. Hər bir
simvol 16 bitlə kodlaşdırılmışsa, məqalə neçə səhifəyə
yerləşəcək?
3.
UNICODE kodlaşdırılmasında venlmış aşağıdakı atalar sözünün
həcmini tapın.
Vətənin bır qışı qürbətin yüz baharından yaxşıdır.
4.
217 ədədim venlmış ardıcıllıqla müvafiq say sistemlərinə
keçirin.
21710 → X2 → Y8
→ Z16
5.
Ədədləri müqayisə edin.
248 və 2416;
2738 və 12A16
6.
Marketdə 14 çeşiddə mal satılır. Bu malların ikilik kodla
kodlaşdırılması üçün ən azı neçə bit kifayət edər?
7.
1001100101000012 ədədi 8-lik və 16-lıq sistemlərdə
hansı ədədlərə uyğundur?
8.
101112 və 10111112 ədədlərinin cəmini
tapın.
9.
Hansı say sistemlərində 51 onluq ədədi 3 rəqəmi ilə qurtarır?
10.
Meyvə bağında cəmi 63x ağac var. Onların 30x
alma, 21x armud, 5x gavalı və 4x
albalı ağacıdır. Ağacların sayı hansı say sistemində verilib?
Cəmi ağacların sayı 10-luq say sistemində neçə olacaq?
11.
Mətn informasiyası kompüterin yaddaşında necə kodlaşdırılır?
A) ikilik kodla
B) səkkizlik kodla
C) onluq kodla
D) onaltıluq kodla
E) simvollar kodla
12.
“e” hərfinin ASCII kodlaşdırma cədvəlində onluq kodu 101-dir.
“fıle” sözünə hansı onluq kodlar ardıcıllığı uyğun olacaq?
A) 102 97 121 108
B) 102 105 108 101
C) 70 83 86 79
D) 70 65 89 76
E) 101 104 107 100