Hesablamalar zamanı isə bu ədəd (19) ikilik say sisteminə
çevrilərək kodlaşdırılır:
1910 = OOO1OO112.
Göründüyü kimi, ikinci halda 19 ədədi yaddaşda 1 bayt yer tutur.
Məsələ. Kompüterdə yığılmış məqalənin həcmi 30 Kbaytdır. Onun hər
səhifəsində 30 sətir, hər sətirdə isə 32 simvol var. Hər bir
simvol 16 bitlə kodlaşdırılmışsa, məqalə neçə səhifədən ibarətdir?
Həlli: Öncə 30 Kbaytda neçə simvol olduğu müəyyənləşdirilir. Şərtə
görə, 1 simvol 16bit = 2 bayt olduğundan
30 Kbayt = 30 x 210 bayt = 30 x
29 simvol.
Sonra bir səhifədəki simvolların sayı hesablanır:
30 x 32 simvol = 30 x 25
simvol.
Beləliklə, verilmiş məqalədəki səhifə sayı
30 x 29 /30 x 25
= 24 = 16 olacaq.
Araşdıraq-öyrənək
Microsoft Word mətn redaktorunu başladın və “Əgər sən hər
şeyi bilirsənsə, onda hələ çox şey öyrənməlisən.” ifadəsini
daxil edin.
Save As dialoq pəncərəsini açın və Save as type siyahısından
Microsoft Word 95 (.doc) variantını seçin. Sənədə münasib ad
verib öz qovluğunuzda saxlayın. Yenidən Save As pəncərəsini
açın və Save as type siyahısından Microsoft Word 6.0 (.doc)
variantını seçin. Sənədi başqa bir adla öz qovluğunuzda
saxlayın.
Faylları saxladığınız qovluğa daxil olun və hər iki faylı
tapıb onların ölçülərini müqayisə edin. Onların ölçüləri
arasındakı fərqin səbəbini öyrənməyə çalışın.
Öyrəndiklərinizi yoxlayın
1.
8 bitlə neçə müxtəlif simvolu kodlaşdırmaq mümkündür?
2.
UNICODE kodlaşdırmasında istifadə olunan üsulla neçə müxtəlif
simvol kodlaşdırmaq olar?
3.
Dərsdə verilmiş aforizm ASCII kodlaşdırmasında tutumu 2 Kbayt
olan yaddaş sahəsinə neçə dəfə yerləşər?
4.
Məktəbdə 1000 şagird təhsil alır. Hər şagirdə bənzərsiz ikilik
kod verilir. Bütün şagirdləri kodlaşdırmaq üçün 9 bit bəs
edərmi? Cavabı əsaslandırın.
5.
Avtomatik qurğu UNICODE-da kodlaşdırılmış mətnə 8 bitlik ASCII
kodlaş- dırmasım tətbiq etdi. Nəticədə informasiyanın həcmi
480 bit azaldı. Mətndə neçə simvol var?