4. İnformasiyanın ölçülməsi
Rəvayətə görə, Lakoniyanın Sparta şəhərinə yaxınlaşan Makedoniya
çarı II Filipp spartalılara belə bir müraciətnamə göndərir:
“Mən bütün Yunanıstanı fəth etmişəm, dünyanın ən yaxşı qoşunu
məndədir. Təslim olun, çünki əgər şəhərin darvazalarını
sındırsam, əgər qala divarlarını dağıtsam,
əgər Spartanı zorla alsam, onda heç kəsə aman
verilməyəcək və şəhər yerlə yeksan olunacaq!”
Bu müraciətnaməyə spartalıların cavabı çox qısa olmuşdur -
“Əgər”.
-
Spartalılar bu cavabla makedoniyalılara nə demək istəmişdilər?
-
“Lakonizm”, “lakonik ifadə” nə deməkdir və onun bu rəvayətlə
hansı əlaqəsi var?
Fəaliyyət
Riyazi dildən (düsturlardan) istifadə etməklə aşağıdakı
informasiyaları yığcam formada yazın. Hər mətndə istifadə olunan
simvolların sayını müəyyən edin.
İnformasiya |
Yığcam forması |
1.
Toplananların yerini dəyişdikdə cəm dəyişmir.
2.
Orta sürət gedilən yolun bu yolun gedilməsinə sərf
olunan zamana nisbətinə bərabərdir.
3.
Su molekulu iki hidrogen, bir oksigen atomundan
ibarətdir.
|
|
Nəticəni müzakirə edək:
-
Yığcam formanın həcmi orijinal formadan neçə simvol azdır?
-
Hansı halda açıq formadan, hansı halda yığcam formadan
istifadə etmək əlverişli olur?