Ədədlərin bir say sistemindən başqasına keçirilməsi Calculator
proqramı vasitəsilə çox asanca yerinə yetirilir. Bunun üçün
proqram başladıldıqdan sonra View⇒Programmer menyu bəndi
seçilir.
Pəncərənin sol tərəfində say sistemlərinə uyğun radio
düymələri yerləşir: Hex - 16-lıq, Dec - 10-luq, Oct - 8-lik,
Bin - 2-lik say sistemini bildirir. Düymələrin adlarının
ingilis dilində hansı sözlərin qısaltmaları olduğunu
araşdırın. Calculator proqramında hesablamalar aparın və
aşağıdakı cədvəli nümunəyə uyğun olaraq doldurun.
10-luq |
2-lik |
8-lik |
16-lıq |
175 |
10101111 |
257 |
AF |
389034 |
|
|
|
999999099 |
|
|
|