FTP xidməti. İnternetə bağlanmış kompüterlərdə çox böyük
miqdarda müxtəlif fayllar (proqramlar, sənədlər, şəkillər,
musiqilər, filmlər və s.) saxlanılır. FTP (File Transfer Protocol
- fayl köçürülməsi protokolu) xidməti şəbəkədə faylları qəbul
etməyə və göndərməyə imkan verir.
IRC xidməti.Gap (chat) adlandırılan bu xidmət sizə
məlumatları klaviaturadan daxil etməklə bu xidmətə qoşulmuş başqa
bir adamla ünsiyyət saxlamağa imkan verir. Elektron poçtla
yazışmadan fərqli olaraq, gap seanslarında tanış olmayan şəxslər
də iştirak edə bilər.
AÇARSÖZLƏR
İnternet xidmətləri Veb
Elektron poçt
Telnet
Telekonfrans
FTP
GAP
İnternet-telefoniya
IP-Phone xidməti. İnternetdə danışıq (səs) siqnallarını
ötürmək üçün internet-telefoniya texnologiyasından
istifadə olunur. Danışıq zamanı sizin səs siqnallarınız (yəni
tələffüz etdiyiniz sözlər) kodlaşdırılaraq verilənlər paketinə
çevrilir. Sonra bu paketlər İnternet vasitəsilə əks tərəfə
göndərilir. Adresata çatan paketlər dekodlaşdırılaraq yenidən
səs siqnalına çevrilir. İnter- net-telefoniyada danışıq haqqı
adi telefon rabitəsindəkinə nisbətən bir neçə dəfə aşağıdır.
ADDIM -
ADDIM
FTP xidməti vasitəsilə İnternetdən faylların endirilməsi
1.
Elektron dərslik portalını açın.
2.
İstifadəçi adı və parolunuzu daxil edin.
3.
Seçdiyiniz dərsliyi yükləmək üçün
Oflayn
oxumaq üçün yüklə düyməsini çıqqıldadın.
4.
Fayl ya birbaşa Downloads (Endirilmişlər) qovluğuna yazılır,
ya da yardımçı dialoq pəncərəsi açılır.
İndi İnternetə qoşulmadan da istənilən zaman həmin qovluğu
açıb yüklədiyiniz kitabı oxuya bilərsiniz.
Araşdıraq-öyrənək
Müasir smartfonlarda hansı İnternet xidmətlərinin olduğunu
araşdırın. Araşdırma əsasında təqdimat hazırlayın.
Öyrəndiklərinizi yoxlayın
1.
İnternet xidməti dedikdə nə nəzərdə tutulur?
2.
Hansı İnternet xidmətlərini tanıyırsınız?
3.
Elektron poçt və telekonfrans xidmətlərinin fərqi nədədir?