Müzakirə edin: “Qafqaz müsəlmanlarına xitab” şeirini mövzu, problem, ideya
baxımından bu
gün üçün əhəmiyyətli hesab etmək olarmı?”.
Müzakirəyə hazırlaşarkən aşağıdakı məsələlərə diqqət yetirin:
XIX əsrdə yazılmış bir əsər mövzu, problem, ideya baxımından XXI əsrdə müasir
ola bilərmi?
“Qafqaz müsəlmanları” dedikdə, şair kimləri nəzərdə tutur? Bu gün Qafqaz
müsəlmanlarına kimlər aid edilir? Nə üçün?
Şairin əsərdə qaldırdığı problemlər bu gün həllini tapmışdırmı?
Şairin məktəbə, elmə verdiyi dəyər bu günün tələbləri ilə nə dərəcədə səsləşir?
Əsərdə yazılanlar sizdə S.Ə.Şirvaninin vətəndaş mövqeyi, sənətkar cəsarəti
haqqında hansı fikirlər yaratdı?
Bu əsərdən hansı nəticəni çıxarmaq olar?
Açar sözlərdən istifadə edərək islam dinində alimə, elmə, biliyə verilən
yüksək qiyməti
əks etdirən fikirləri müəyyənləşdirin və şərh edin.
Alim, mürəkkəb, şəhid, qan
...
İnsan, beşik, qəbir
...
Elm, Çin, getmək
...
Evdə iş
Topladığınız məlumat əsasında aşağıdakı mövzulardan biri üzrə şifahi təqdimata
hazırlaşın.
S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti.
S.Ə.Şirvani vətənpərvər şair kimi.
Müstəqil iş üçün
Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki
mənbələrdən məlumat toplayıb öyrənin. Qənaətlərinizi sinif yoldaşlarınız, müəllimləriniz
və valideynlərinizlə bölüşün.