a) Şair Qafqaz müsəlmanlarına hansı sözlərlə müraciət edir? Onun sözləri kimə
ünvanlanıb?
b) Müraciətdə şairi narahat edən hansı dərdlərdən söz açılır?
c) Şair bəlaların, geriliyin səbəbini nədə görür?
ç) Xalqa “tor, tələ quranlar” dedikdə şair kimləri nəzərdə tutur? Nə üçün?
№ | Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
---|---|---|
Əsərin təhlilinə hazırlaşın.
S.Ə.Şirvani maarifçi şeirlərinin çoxunu XIX əsrin 70-ci illərində - “Əkinçi” qəzetinin nəşrə başlamasından sonra yazmış və bu qəzetdə çap etdirmişdir. O, maarifçi şeirlərində insanları düşündürən, narahat edən ictimai bəlalardan, eyiblərdən söz açmış, qəzetdən bir mübarizə silahı kimi istifadə etmişdir.
“Qafqaz müsəlmanlarına xitab” şeirində də şairin maarifçilik ideyaları əksini tapıb. “Əkinçi” qəzetinin redaktoru Həsənbəy Zərdabiyə müraciətində şairbu şeiri özünün Qafqaz müsəlmanlarına məktubu adlandırmış, onun çap olunmasını, xalq arasında yayılmasını xahiş etmişdir. Maarifçi şair Qafqaz əhlinin digər xalqlardan geridə qalmasının səbəblərindən, günahkarlarından cəsarətlə söz açır, doğma xalqının düşmənlərini qəzəb və nifrətlə ifşa etməklə yanaşı, mütərəqqi ideyaları təbliğ edir, nöqsanların aradan qaldırılması yollarını göstərirdi.
Əsər əruz vəzninin ahəngcə oynaq, yüngül xəfif bəhrində yazılmışdır. “Xəfif’ sözü yüngül, zərif, mülayim mənalarını bildirir. Bu bəhrdə yazılan şeirlər öz oynaqlığı ilə seçilir.
fAilAtün | məfAilün | fəlAn |
---|---|---|
Əssəlam, ey Ey rəisa |
əhaliyi ni-sahibül- |
Qafqaz, ezaz! |