I dərs
-
Şeiri fərdi olaraq səssiz oxuyun, ikihissəli gündəlikdə qeydlər edin.
№ |
Əsərdə diqqətimi daha çox cəlb edənlər
|
Bunun səbəbi |
|
|
|
- Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib
qənaətlərinizi bölüşün.
- Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın.
-
“Durnalar” şeiri məndə hansı təəssürat yaratdı?” mövzusunda şifahi təqdimata hazırlaşın.
II dərs
Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Şair qoşma janrında olan “Durnalar”ı ömrünün ən ağır günlərində - sürgündə olarkən
yazmışdır. Onun sürgün edilməsinin səbəbi isə vəzifə, ixtiyar sahiblərinin ədalətsizliyini,
rüşvətxorluğunu açıq tənqid etməsi idi. Elə buna görə də şairə böhtan atılmış və o, Bakıya
sürgün edilmişdir.
Şeirin belə adlanması təsadüfi deyildir; ədəbiyyatımızda durna obrazı daha çox qəriblik,
vətən həsrəti anlamındadır. Lakin şeirdə təkcə vətən həsrəti yox, ciddi ictimai mətləblər
də, şairin gizli niyyəti də əksini tapıb. Bunu aydınlaşdırmağınız əsərin ideyasını başa
düşməyinizi xeyli asanlaşdıracaqdır.
Şeirdəki ahəngdarlığı, ürəyəyatımlılığı dərhal hiss etdiniz. Bu, əsərin bədii gözəlliyindən
irəli gəlir. Şeirin bədii gözəlliyini təmin edən vasitələri aydınlaşdırmağa çalışın. Sözlərin
necə
seçildiyinə, qafiyələrin uğurlu olub-olmadığına, məcazların roluna xüsusi diqqət yetirin.
- Araşdırın
- Fikirləşin
- Cavab verin
- Şeir hansı mövzuda yazılıb?
- Şair kədər, həsrət hisslərini inandırıcı, təsirli ifadə edə bilmişdirmi? Fikrinizi əsərdən
gətirdiyiniz nümunələrlə əsaslandırın.
- “Şeirdə yalnız vətən həsrəti deyil, ciddi ictimai məsələlər də əksini tapıb” fikrini
doğru sayırsınızsa, mövqeyinizi nümunələrlə əsaslandırın.
- Qoşmanın bədii təsir gücünü artıran vasitələr hansılardır? Onlann rolunu nümunələrlə
əsaslandırın.
- Şeirdəki başlıca fikir -ideya, sizcə, nədir?
-
Öyrəndiyiniz qəzəllərdən biri ilə müqayisə etməklə “Durnalar” şeirinin heca vəznində
olduğunu əsaslandırın.