Zəngin yaradıcılığı ilə ədəbiyyatımızda şərəfli yer tutan Zakir yalnız lirik şeirləri ilə deyil, kəskin satiraları ilə də məşhurdur.
Feyzulla Qasımzadə
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa dumalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Mən sevmişəm onun ala gözünü,
Nəsib ola, bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa, durnalar!
Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar,
Qorxuram, toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!
Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa, dumalar!