Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!
Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası, hayıf ki, yoxdur!
Əsərin təhlilinə hazırlaşın.
Bu şeirin yaranması ilə bağlı rəvayətə görə, Qarabağ xanı İbrahimxəlil xan vəziri Vaqif də daxil olmaqla, böyük bir atlı dəstəsi ilə Kür qırağındakı obalardan birində düşərgə salır. Xanın getməsi uzanır. Yerli əhali onlara qulluq etmək əziyyətindən xilas olmaq üçün xanın saraya qayıtmasını tezləşdirməyi Vaqifdən xahiş edir. Beləliklə, xanın